Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik
12.03.2026 [16:23]
Xəbərin mətni
Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməli və gələcəkdə terrorizmə, hibrid müharibələrə və terror təşkilatlarına qarşı düzgün yanaşmanın nə olacağını bir daha düşünməliyik. Bunu XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusunda panel iclasında Avstriya Respublikasının keçmiş Federal Kansleri Sebastian Kurs deyib.