İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm
12.03.2026 [17:00]
Xəbərin mətni
Mən Rusiyadan gələn humanitar yardımın İrana göndərilməsinə imkan yaratdığı üçün Azərbaycan hökumətinə və xalqına minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, ötən günlərdə Azərbaycandan birinci humanitar yardımın İrana göndərildiyinə şahidlik etdik. Bu addım bizim ortaq mədəniyyətimizdən, müştərək dəyərlərimizdən irəli gəlir, dar günlərdə bir-birimizə kömək edirik. Bunu Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu deyib.