Hikmət Hacıyev: Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub
12.03.2026 [19:12]
Xəbərin mətni
Hazırkı dövrdə bəzi çoxtərəfli institutların qeyri-müəyyənliyi və çevik olmamasının müşahidə edildiyi bir vaxtda Azərbaycan kimi ölkələr daha geniş “orta güc” konsepsiyasına yönəlir. AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda panel iclasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.