Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir
12.03.2026 [19:29]
Xəbərin mətni
Azərbaycan çoxtərəfliliyi dəstəkləyir, çünki bu, ölkələrə masa arxasında səs imkanları yaradır, qlobal və regional qərarların verilməsinə yol açır. Bu səbəbdən Azərbaycan üçün çoxtərəflilik böyük əhəmiyyətə malikdir. Bu, yalnız müxtəlif qruplarda iştirakla məhdudlaşmır, həm də real fəaliyyətlərdə özünü göstərir. AZƏRTAC xəbər verir ki, bu fikirləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzulu paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.