Rebeka Qrinspan: Qlobal Bakı Forumu dünyada dialoq və çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır
12.03.2026 [19:38]
Xəbərin mətni
XIII Qlobal Bakı Forumu qlobal miqyasda artan parçalanma şəraitində dialoq və əməkdaşlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Forumda dünyanın müxtəlif bölgələrindən və fərqli siyasi baxışlara malik iştirakçıların bir araya gəlməsi qlobal çağırışların birgə müzakirəsi üçün vacib imkan yaradır. Bu barədə AZƏRTAC-a müsahibəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan bildirib.