Azərbaycan Dövlət İnformasiya Agentliyi

Misirin sabiq xarici işlər naziri: Qlobal Bakı Forumu çox vacib bir tədbirdir

13.03.2026 [11:18]

Xəbərin mətni

Qlobal Bakı Forumu çox vacib bir tədbirdir. İştirakçıların səviyyəsinə və müxtəlifliyinə baxdıqda, bu Forumun beynəlxalq ictimaiyyəti narahat edən məsələlərin müzakirəsi üçün mühüm bir platforma olduğu görünür. Bunu jurnalistlərə müsahibəsində XIII Qlobal Bakı Forumunun iştirakçısı, Misir Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri və sabiq xarici işlər naziri Sameh Şükri deyib.