Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

13.03.2026 [11:55]

Xəbərin mətni

Orta Dəhliz yalnız ticarət üçün deyil, həm də qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daha vacib məqam ondan ibarətdir ki, bu, həmçinin regionun iqtisadi, ticarət və investisiya inteqrasiyası üçün səmərəli bir vasitə kimi tətbiq olunur. Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunun ikinci günü təşkil olunan “Çin və qlobal idarəetmə təşəbbüsü” mövzusunda panel iclas zamanı söyləyib.