Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lu Mey: Çin modernləşmə imkanlarını Azərbaycan ilə paylaşmağa hazırdır

13.03.2026 [13:01]

Xəbərin mətni

Çin iqtisadiyyatın müxtəlif sahələrində süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etməyə davam etmək niyyətindədir. Ölkə hazırda süni intellekt texnologiyalarının inkişafı və tətbiqi sahəsində dünya liderləri sırasındadır. Çin modernləşmə imkanlarını Azərbaycan ilə bölüşməyə və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır. Bu açıqlamanı Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə verib.