Muxtar Babayev: Dövlətlər müharibələrdən qorunma yolları axtarırlar, lakin iqlim dəyişikliyi artıq bir reallıqdır
13.03.2026 [13:20]
Xəbərin mətni
Xüsusilə inkişaf etməkdə olan dövlətlərə iqtisadiyyatlarını bərpa etmək, böyük fəlakətlərdən sonra sosial həyatlarını yenidən qurmaq üçün maliyyə dəstəyi göstərmək əsas məqsəddir. Dünya siyasətçiləri indi əsasən bununla bağlı töhfələrin prioritetləşdirilməsi barədə düşünürlər. Bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzulu panel iclasda çıxışı zamanı deyib.