Konstitusiya Məhkəməsinin sədri: Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib
13.03.2026 [15:20]
Xəbərin mətni
Sevindirici haldır ki, Vəkillər Kollegiyası üzvlərinin andiçmə mərasimi ənənəvi xarakter daşıyır. Bu, təkcə rəmzi andiçmə mərasimi deyil, eyni zamanda, görüşüb fikir mübadiləsi aparmaq üçün bir fürsətdir. Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib. Biz öz fəaliyyətimizi birgə şəkildə qururuq. Bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Vəkillər Kollegiyası üzvlərinin təntənəli andiçmə və təltifetmə mərasimində çıxış edərkən deyib.