Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13.03.2026 [17:07]
Xəbərin mətni
Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14,1 milyard dollar və ya 20 faiz artaraq 85 milyard dolları keçib. Hazırda bu rəqəm 91 milyard dollardır. Bu, ÜDM-dən 12 faiz çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu 18 dəfəyədək üstələyir. Bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.