Raniya Al-Maşat: Təhsil və sosial sahələrə yatırımlar qlobal inkişafı gücləndirir
13.03.2026 [19:23]
Xəbərin mətni
Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkələr ilk növbədə öz milli prioritetlərini aydın şəkildə müəyyənləşdirməli və bu sahələrə yönələn siyasəti gücləndirməlidirlər. AZƏRTAC xəbər verir ki, bunu XIII Qlobal Bakı Forumunda Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq sabiq naziri Raniya Al-Maşat “2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı bağlantı” mövzusunda paneldə deyib.