UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir
14.03.2026 [10:45]
Xəbərin mətni
Bu gün şəhərlərin qarşılaşdığı çağırışları və mövcud şəraitdə onların oynadığı rolu ictimaiyyətə çatdırmaq bizim üçün böyük əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan brifinq zamanı deyib.