Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellektin idarəsində fövqəladə dayandırma mexanizmlərinin olması əhəmiyyətlidir

14.03.2026 [13:23]

Xəbərin mətni

Süni intellekt insanın yaratdığı bir innovasiyadır və insan tərəfindən idarə olunmalıdır. Lakin bir çox insan bu məsələdən narahatdır. ABŞ-də keçirilən sorğuların birində məlum olub ki, amerikalıların 77 faizi süni intellektdən narahatlıq keçirir. Bu kimi sorğular bir çox ölkədə də aparılıb və nəticələr demək olar ki, oxşardır. AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzulu paneldə Finlandiyanın keçmiş Baş naziri Mari Kiviniemi deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI