Aİ nümayəndəsi: Ölkələr suyun səmərəli istifadəsi istiqamətində səylərini birləşdirməlidirlər
14.03.2026 [16:04]
Mən elə bir regionda çalışıram ki, burada müsbət xəbərlərin sayı mənfi xəbərləri üstələyir. Mərkəzi Asiya regionu həm daxili, həm də xarici amilləri nəzərə alaraq, sıx əməkdaşlığın real faydalar verdiyini əyani şəkildə nümayiş etdirir. Təbii ki, hər bir qonşu dövlətin özünəməxsus çağırışları - iqtisadi rəqabət və bazarda dominantlıq uğrunda mübarizə kimi məsələlər mövcuddur. Lakin bu ölkələr sürətlə dəyişən dünyada öz mövqelərini qorumaq üçün birgə addımlamaq məcburiyyətindədirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində Belçikanın sabiq Baş naziri İv Letermin moderatorluğu ilə keçirilən xüsusi sessiyada Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays deyib.