Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib
16.03.2026 [17:50]
Xəbərin mətni
Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən Elektron Təhlükəsizlik Xidmətinin adından istifadə olunaraq kursların keçirilməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır. Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.