MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib
17.03.2026 [13:27]
Xəbərin mətni
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılır. AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin martın 17-də keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.