Agentlik sədri: Standartlaşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi rol oynayır
18.03.2026 [11:25]
Son dövrlərdə ölkəmiz qlobal miqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bu tədbirlərə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasını (COP29), XIII Qlobal Bakı Forumunu və digərlərini nümunə göstərə bilərik. Belə qlobal miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq platforması kimi rolunun güclənməsinə, iqtisadi, sosial və mədəni potensialının dünyaya təqdim olunmasına mühüm töhfə verir. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.