Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xırdalan və ətraf qəsəbələri əhatə edəcək 17 kilometrlik yeni kanalizasiya kollektoru inşa edilir

18.03.2026 [12:43]

Xəbərin mətni

Hazırda icrası davam etdirilən “Müşfiqabad hövzəsində kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğunun inşası” layihəsi regionun mühüm infrastruktur təşəbbüslərindən biri olmaqla, tullantı sularının idarə olunması, ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bunu jurnalistlərə açıqlaması zamanı “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev məlumat verib.