Bayram günlərində bunlara diqqət edin
21.03.2026 [12:00]
Xəbərin mətni
Novruz bayramı qədim adət ənənələri ilə yanaşı, həm də zəngin süfrəsi və rəngarəng şirniyyatları ilə seçilir. Şəkərbura, paxlava, qoğal, badambura və bayram axşamı növbənöv xörəklərlə bəzənən Novruz süfrəsi. İlk baxışdan cəlbedici görünən bu qədər bol və müxtəlif qidalar fonunda sağlamlığımızı qorumaq üçün müəyyən məqamlara diqqət yetirmək də vacibdir. Mütəxəssislərin sözlərinə görə, bayram günlərində süfrələrimiz daha zəngin olduğundan, gün ərzində 3-4 dəfə deyil, 2 dəfə qidalanmaq daha məqsədəuyğundur. Bu zaman qidaların düzgün ardıcıllıqla qəbul edilməsi də xüsusi əhəmiyyət daşıyır.