Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcraçı direktor: ISO 20121:2024 yerli mütəxəssislərin fəaliyyətini vahid yanaşmada formalaşdırmağa xidmət edəcək

18.03.2026 [14:56]

Xəbərin mətni

Azərbaycan tədbir təşkilatçılığı sahəsində ev sahibliyi olmaqla yanaşı, həm də təcrübə ixrac edən ölkələrdən birinə çevrilib. Bu kontekstdə bugünkü tədbirin əhəmiyyəti daha da artır. Bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.