“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib
19.03.2026 [17:13]
Xəbərin mətni
Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb. “Gəncə KOB evi”ndə 15 dövlət qurumu (İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi, “Azəriqaz” İB, “Azərişıq” ASC, ADSEA, Gəncə Şəhər İcra Hakimiyyəti) tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək.