Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı
19.03.2026 [19:58]
Xəbərin mətni
Dövlət qulluğunda əmək haqqı sisteminin daha müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bu sahədə çalışanlara ödənilən mükafat, staja görə əlavələr və müalicə müavinətləri ləğv edilir. Yeni qərara əsasən ləğv edilən bu əlavələr dövlət qulluğunda çalışanların vəzifə maaşlarının baza hisəsinə daxil edilir. Belə ki, əvvəl əməkhaqqının baza hissəsi 35-45 faiz idi isə, indi 95 faizdən çox təşkil edəcək. Ekspertlərin fikrincə, həyata keçirilən bu dəyişikliklər gənc və peşəkar mütəxəssislər üçün bu sahənin cəlbediciliyini artıracaq.