Tofiq Sadıqov: Bakı İllüziya Muzeyində 20-dən çox fərqli illüziya otağı fəaliyyət göstərir
19.03.2026 [21:12]
Xəbərin mətni
Bakı İllüziya Muzeyi ölkədə ilk dəfə interaktiv və əyləncəli formatda istifadəyə verilən unikal məkandır. Dünyanın 40-dan çox ölkəsində və 60-dan artıq şəhərində populyarlıq qazanan bu konsepsiya artıq Azərbaycanda da təqdim olunur. Bunu AZƏRTAC-a açıqlamasında Bakı İllüziya Muzeyinin direktoru Tofiq Sadıqov deyib.