Qəlbləri isidən Novruz: Xarici turistlər bahar bayramını Bakıda qarşılayırlar
21.03.2026 [15:59]
Xəbərin mətni
Novruzun nəfəsi Bakının küçələrinə xüsusi bir ruh qatıb. Rəngarəng dekorasiyalarla bəzədilən şəhər sanki bayram nağılını xatırladır. Bu sehrli ab-hava təkcə yerli sakinləri deyil, yaxın və uzaq ölkələrdən gələn qonaqları da özünə cəlb edir. Xarici vətəndaşlar bu bayramın istiliyini və səmimiyyətini böyük maraq və heyranlıqla qarşılayırlar.