Legioner rüsumlarından yığılan 2 milyona yaxın vəsait yerli futbolçulara ən çox şans verən klublar arasında bölüşdürüləcək
03.04.2026 [14:46]
Xəbərin mətni
Legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox şans verən klublar arasında bölüşdürüləcək. Bu il üçün həmin məbləğ təxminən 2 milyon manatdır. Bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.