Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neft Fonduna milyardlarla manat əlavə vəsait daxil olacaq - ekspert

03.04.2026 [16:57]

Xəbərin mətni

Dünyada neft qiymətlərinin artması Azərbaycanın ixrac gəlirlərinə əhəmiyyətli müsbət təsir göstərir. Gündəlik neft ixracının təxminən 450 min barel səviyyəsində olduğunu və mart ayında neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulan 65 dollardan təxminən 40 dollar yüksək - orta hesabla 105 dollar təşkil etdiyini nəzərə alsaq, ölkə əhəmiyyətli əlavə gəlirlər əldə edib. Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.