Diyetoloq: İdman qidaları və qida əlavələri həkim məsləhəti ilə qəbul edilməlidir
09.04.2026 [16:11]
Xəbərin mətni
Son illərdə idman qidaları və bioloji aktiv qida məhsullarına maraq xeyli artıb. Bunun əsas səbəbi insanların sağlam həyat tərzinə daha çox əhəmiyyət verməsi, idmana marağın yüksəlməsi və sosial mediada həmin mövzuda məlumatların geniş yayılmasıdır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, "Qarabağ" FK-nın diyetoloqu İlqar Şamilovun AQTI-nin İctimaiyyətlə əlaqələr şöbəsinə verdiyi məlumata görə, həmin məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün risk yarada bilər.