Azərbaycan Dövlət İnformasiya Agentliyi

Palata sədri: Əvvəlki illərlə müqayisədə büdcə qanunvericiliyi üzrə pozuntuların payında artım müşahidə edilib

13.04.2026 [13:24]

Xəbərin mətni

Hesabat dövründə Hesablama Palatası tərəfindən 5 analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilib. Altı auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında çıxışı zamanı deyib.