Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Gülməmmədov: 36 audit zamanı büdcə vəsaitlərinin idarə olunmasında nöqsanlar aşkarlanıb

13.04.2026 [13:26]

Xəbərin mətni

2025-ci ilin İş Planına uyğun keçirilən 36 audit və analitik fəaliyyət zamanı büdcə vəsaitlərinin idarə edilməsində nöqsanlar aşkar edilib. Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında çıxışı zamanı deyib.