Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mahinur Özdemir Göktaş: Rəqəmsallaşma qadınlara innovativ fəaliyyət sahələrində iştirak imkanı yaradır

14.04.2026 [13:37]

Xəbərin mətni

Dünya iqtisadiyyatı sürətlə rəqəmsallaşır. Bu proses yalnız texnoloji dəyişiklik deyil, eyni zamanda, iqtisadi və sosial münasibətlərin yenidən formalaşması deməkdir. Bu baxımdan, qadınlar bu transformasiyanın mərkəzində dayanır. Bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.