Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRİA: Müasir dövrdə kibertəhlükəsizlik sahəsi yeni bir mübarizə müstəvisinə çevrilib

15.04.2026 [15:22]

Xəbərin mətni

Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının rəhbər heyəti üçün nəzərdə tutulmuş kibertəhlükəsizlik üzrə xüsusi maarifləndirici proqram həyata keçiririk. Proqramın əsas məqsədlərindən biri ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsidir. Bu çərçivədə yalnız texniki imkanların inkişafı və kadr potensialının artırılması deyil, eyni zamanda, dövlət və özəl sektor rəhbərlərinin bu sahəyə marağının artırılması da prioritet istiqamətlərdəndir. Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev deyib.