Xalqın “Ərbab”ı, Ordubadın ipək irsi: Rzaqulu Rzayevin yadigarı bərpa edilir
15.04.2026 [18:38]
Xəbərin mətni
Ordubad... Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın incisi" adlandırdığı qədim və əsrarəngiz yurd yeri. Bu diyar əsrlər boyu sənətkarlığın, xüsusilə də ipəkçiliyin əsas mərkəzlərindən biri kimi tanınıb. Həmin şöhrətin təməlində isə XIX əsrdə – 1865-ci ildə yaradılan ilk ipək fabriki və onun qurucusu, xalq arasında "Ərbab" kimi tanınan Rzaqulu Rzayev dayanır.