Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclənən idarəetmə modeli və əlçatan xidmətlər

15.04.2026 [18:45]

Xəbərin mətni

Azərbaycanda səhiyyə sistemində yeni islahat mərhələsinə start verilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, icbari tibbi sığorta sahəsində idarəetmə modeli yenilənir, sistemdə funksional bölgü daha da dəqiqləşdirilir. Yeni yanaşmaya uyğun olaraq, icbari tibbi sığorta üzrə səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir, bu əsasda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılır. Qurum sığortanın tətbiqi, vəsaitlərin toplanması və tibbi xidmətlərin maliyyələşdirilməsini həyata keçirəcək.

Aytac Babayeva- Müxbir

Ələkbər Baxşıyev - Operator

Natiq Musayev - Montaj