Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tural Sevdimalı: Bu layihə sadə bir ideyadan başlayaraq böyük və çoxşaxəli uğura çevrildi

15.04.2026 [22:09]

Xəbərin mətni

Hər bir ideya kimi, “Mən, Lalə, bir də Şerlok Holms” serialının da başlanğıcı sadə düşüncədən — bir insanın beynində yaranan kiçik “qığılcım”dan doğub. Zaman keçdikcə bu fikir inkişaf edərək, 12 seriyadan ibarət bütöv bir mövsümə çevrilib. Layihənin davamı olaraq ikinci mövsümünün hazırlanması, kitab formatında nəşri və tammetrajlı bədii film kimi planlaşdırılması göstərir ki, ideya ilkin mərhələdən etibarən uğurlu və maraqlı olub, eyni zamanda, tamaşaçı tərəfindən də müsbət qarşılanıb. Bu sözləri AZƏRTAC-a açıqlamasında “Mən, Lalə, bir də Şerlok Holms” layihəsinin ideya müəllifi Tural Sevdimalı deyib.