Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş direktor: Vərəm üzrə xəstələnmə son 10 ildə iki dəfə azalıb

16.04.2026 [15:53]

Xəbərin mətni

Ölkəmizdə həm ağciyər, həm də ağciyərdənkənar vərəm xəstələrinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu sahədə dəyişikliklər, adətən, uzunmüddətli dövr üzrə qiymətləndirilir. Son 10 ilin nəticələrinə baxdıqda görürük ki, xəstələnmə göstəricisi, yəni hər 100 min nəfərə düşən yeni vərəm halları təxminən 2 dəfə azalıb. Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova məlumat verib.