Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAYDA: Pəzməri yolunda təhlükəsizlik qısa zamanda tam bərpa olunacaq

16.04.2026 [17:20]

Xəbərin mətni

Güclü yağan yağışlar nəticəsində Ordubad rayonunun Pəzməri kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində, yolun 24-cü kilometrliyində iri daş və qaya parçaları yolun hərəkət hissəsinə tökülərək nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırıb. Bu barədə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin (NAYDA) əməkdaşı Əli İbrahimbəyli bildirib.