Prezidentin köməkçisi: Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir
17.04.2026 [16:57]
Xəbərin mətni
Regional sahiblənmənin Azərbaycan üçün fundamental prinsipləri və əsas sütunları regional çağırışları, problemləri özümüzün, eyni fikirdə olduğumuz bölgədəki tərəfdaşlarımızla birlikdə həll etmək deməkdir. İlk növbədə, biz regionumuzda başqalarının gəlib missiyalarını yerinə yetirmələrini gözləmək əvəzinə, öz nizamımızı özümüz qurmalıyıq. Bu, fundamental məsələlərdəndir. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada səsləndirib.