Bakının mərkəzində malikanə: Atanın oğluna etdiyi toy hədiyyəsini memarlıq nümunəsinə çevirən nə olub?
21.04.2026 [19:18]
Xəbərin mətni
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda baş vermiş “neft bumu” şəhərin memarlıq simasını bu sahədə uğur qazanmış milyonçuların möhtəşəm malikanələri ilə zənginləşdirib. Qısa dövr ərzində şəhərin mərkəzi hissəsində Bakının “Qızıl fondu”nu təşkil edən yüzlərlə gözəl binalar tikilib. Memarlıq şah əsərləri qalareyasında üç küçənin - Qoqol küçəsi 28-in, Vidadi küçəsi 148-in və Bəşir Səfəroğlu küçəsi 189-un kəsişməsində yerləşən Aşurbəyovlar ailəsinin malikanəsi xüsusi yer tutur.