Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı silsilə tədbirlərə başlanılıb

24.04.2026 [17:47]

Xəbərin mətni

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyası və Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin birgə təşkilatçılığı ilə “Naxışların dili – ortaq mirasın səsi” adlı üçgünlük tədbirlər çərçivəsində adıçəkilən muzeydə “Ornamentlərdə kodlaşmış mədəniyyət” mövzusunda konfrans keçirilib.