Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı idmançının yeni dünya rekordu

24.11.2015 [11:09]

Xəbərin mətni
Azərbaycan idmançısı Boyanka Kostova ABŞ-da keçirilən ağır atletika üzrə dünya çempionatında iki dünya rekordu yeniləyərək qızıl medala sahib olub. Atletimiz 252 kiloqram (112+140) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirdə 58 kiloqram çəki dərəcəsində çıxış edən Boyanka Kostova birdən qaldırma yarışlarında və ümumi nəticədə yeni dünya rekordu müəyyənləşdirib.