Ruslan Ponomaryov: Azərbaycan hər zaman güclü şahmat ənənələrinə malik olub
28.04.2026 [19:35]
Xəbərin mətni
Yenidən Bakıda olmaqdan məmnunam. Dünən gecə Bakıya gəlmişəm. Bu, ilk səfərim deyil, şəhəri yaxşı tanıyıram. Bakı hər zaman məndə xoş təəssürat yaradıb və ümid edirəm ki, bu dəfə də belə olacaq. Bu sözləri AZƏRTAC-a açıqlamasında ukraynalı keçmiş dünya çempionu Ruslan Ponomaryov bu gün Bakıda start götürən “Baku Open” beynəlxalq şahmat festivalı ilə bağlı danışarkən deyib.