Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda xalçaçılıq sənətinə həsr olunan beynəlxalq festivalın açılışı olub

01.05.2026 [13:19]

Xəbərin mətni

Bakı Biznes Mərkəzində Beynəlxalq Xalça Festivalının açılışı olub. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.