Juan Salazar Alvarez: Qarabağ iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək
02.05.2026 [16:07]
Xəbərin mətni
İlk dəfədir Qarabağa səfər edirəm və burada yaşayışın, iqtisadiyyatın və sosial münasibətlərin tam şəkildə yenidən qurulduğunu gözlərimlə görürəm. Sizi təbrik edirəm, çünki gələcəyə yönəlmiş ölkəniz var. Bu ərazilər iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək. Bunu AZƏRTAC-a açıqlamasında Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Juan Salazar Alvarez deyib.