Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəna Nəsirova-Mustafayeva: Builki festivalda 13 ölkədən qonaqlar iştirak edir

02.05.2026 [17:09]

Xəbərin mətni

İçərişəhər bu günlərdə möhtəşəm bir festivala ev sahibliyi edir. “Azərxalça” ASC, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tərəfdaş qurumların birgə təşkilatçılığı, eyni zamanda, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən festival ötən gün Beynəlxalq Forumun açılışı ilə start götürüb və mayın 3-dək İçərişəhərin bütün ərazisini əhatə edən rəngarəng proqramlarla davam edəcək. Bu sözləri AZƏRTAC-a açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva deyib.