Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Kərimli: Dövlət proqramlarının icrası sistemli və məqsədyönlü olmalıdır

05.05.2026 [19:11]

Xəbərin mətni

İqtisadiyyat və təhsil sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində təhsilin əsas istiqamətləri üzrə dövlət proqramlarının effektiv tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi, bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdən biridir. Mədəniyyət naziri Adil Kərimli bu fikirləri mayın 5-də “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclasında, eləcə də proqram üzərində çalışan işçi qrupun növbəti toplantısında səsləndirib.