Ayaz Müseyibov: İncəsənətin inkişafı üçün yeni strategiyalar müəyyənləşdiriləcək
05.05.2026 [19:30]
Ölkəmizdə elmi-mədəni mühitin formalaşdırılması, milli-mədəni dəyərlərin qorunması və təbliği xüsusi önəm daşıyır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın bərpası, bu bölgələrdə mədəniyyətin yenidən canlandırılması prioritet məsələlərdəndir. Bu istiqamətdə dövlət qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu fikirləri “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası üzrə İşçi Qrup rəhbərinin müavini Ayaz Müseyibov konsepsiya çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin icrasını təmin etmək üçün yaradılmış Komissiyanın ilk iclasında, həmçinin proqram layihəsini hazırlayan işçi qrupun növbəti toplantısında bildirib.