Özbəkistanlı nazir: Yeni texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq lazımdır
06.05.2026 [13:28]
Xəbərin mətni
Özbəkistan iqlim dəyişiklikləri və su çatışmazlığına daha çox məruz qalan ölkələrdən biridir. Bizim 5 milyon kubmetr su qıtlığımız var. Lakin ölkədə kənd təsərrüfatı inkişaf etdirilir, yeni texnologiyalar və süni intellektin tətbiqi ilə nailiyyətlər əldə edirik. Bu sözləri Özbəkistanın kənd təsərrüfatı naziri İbrahim Abdurahmanov “İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı bildirib.