Baş direktor: Logistika dəhlizləri ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır
06.05.2026 [13:30]
Xəbərin mətni
Logistika və ərzaq təhlükəsizliyi bir-birindən ayrı nəzərdən keçirilə bilməz, çünki etibarlı logistika sistemi istehsal olunan məhsulu real ərzaq əlçatanlığına çevirən əsas amildir. Bu fikirlər Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində çıxışı zamanı Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) baş direktoru Berik Arın deyib.