Sərdar Yurtsevər: Tariximiz bizə dəfələrlə göstərib ki, türkün türkdən başqa dostu yoxdur.
06.05.2026 [13:33]
Xəbərin mətni
Tariximiz bizə dəfələrlə göstərib ki, türkün türkdən başqa dostu yoxdur. Bu fikir sadəcə bir şüar deyil, əsrlərin dərinliyindən bu günə çatan bir həqiqətdir. Bu gün qlobal nizam daha çox güclülərin maraqları üzərində qurulub. Belə bir şəraitdə varlığını davam etdirməyin yeganə yolu birlik, həmrəylik və qardaşlıqdan keçir. Bu fikirləri Girne Amerika Universitetinin rektoru Sərdar Yurtsevər Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.